摘要:Avropa Birliyi analoqu olmayan unikal bir beynəlxalq təşkilatdır. 55 il bundan öncə hökümətlər arası təşkilat
kimi yaradılan AB bu gün federal dövlətə bənzər ölkələrin dövlətüstü ittifaqına çevrilib. Qanunun aliliyi, hüquq
tətbiqinin təminatı, müstəqil qanunverici və siyasi institutlar, demokratiya və konstitusiya üzərində təyin olun‐
muş hüquq və vəzifələri kimi federal ittifaqın əsas əlamətləri AB‐də mövcuddur. Beləliklə, AB artıq BMT və
yaxud Avropa Şurası kimi klassik beynəlxalq təşkilat deyil, eyni zamanda ona federal dövlət də demək hələ
tezdir. AB sui generis, yəni öz‐özünün soy törəməsidir, unikaldır.
Yeni beynəlxalq hüquq nizamının yaradılması üzrə ən uğurlu və ən effektiv layihə Avropa inteqrasiyasının
uzun tarixi prosesi nəticəsində yaradılmış Avropa Birliyidir. Avropa Birliyi öz hüquq normalarının aliliyi prin‐
siplərinə və birbaşa təsirinə əsaslanan unikal üstmilli hüquq sistemini yaratmışdır. Avropa inteqrasiya prosesinin
tərkib hissəsi bu təşkilatın məhkəmə orqanlarının ‐ AB Məhkəməsi və qismən Birinci instansiya Məhkəməsinin
fəaliyyəti ilə sürətlənən hüquqi inteqrasiya oldu.
Avropa hüquqi inteqrasiyası AB ölkələri arasında daha sıx əməkdaşlığa səbəb olur, beynəlxalq hüquq anla‐
yışından xeyli dərəcədə fərqlənən keyfiyyətcə yeni hüquqi sahənin yaranmasına təkan verir. AB Məhkəməsinin
səyləri nəticəsində sürətlənən və Avropa qitəsində ümumi inteqrasiya proseslərinin lokomotivi hesab olunan
Avropa hüquqi inteqrasiyası hüquqi normaların fərqli iyerarxiyasını müəyyən edir. Azərbaycanın gələcəyi mü‐
tərəqqi və sivil cəmiyyətlə bağlıdır. Azərbaycanın bəzi Avropa strukturları ‐ Avropa Şurası və ATƏT‐ə inteq‐
rasiyası, eləcədə onun Aİ‐nin ʺYeni qonşuluqʺ və ʺŞərq tərəfdaşlığıʺ proqramlarında iştirakı ümid verir ki, Azər‐
baycanın da bu millətlərin ʺelitar evinəʺ daxil olmağı mümkün olacaq. Məhz ümumavropa inteqrasiya prosesinin
tədqiqatı və təhlili AB‐yə inteqrasiyada ölkəmizin problem və perspektivlərini ayırd etməyə imkan yaradacaq.
AB‐nin özünə gəlincə, əgər inteqrasiya prosesi hər hansı bir maneəsiz və sürətlə inkişaf edərsə, bu qurum real
federal hüquqi sistem kimi formalaşacaq. Və nəticədə Avropa Birliyi şübhəsiz ki, bir federal sistem kimi bir çox
məqamlarda üzv ölkələrin milli hüquqlarını əvəzləyən bir mütərəqqi sistemə çevriləcək
关键词:Avropa Birliyi, AB Məhkəməsi, Avropa Komissiyası